Bakının Sabunçu rayonunda açılışı olan yeni yaşayış kompleksindən artıq 200 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Bu haqda mayın 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Yeni yaşayış kompleksi doqquzmərtəbəli 12 binadan, 576 mənzildən ibarətdir. Kompleksdəki binalarda ümumilikdə 36 birotaqlı, 144 ikiotaqlı, 360 üçotaqlı və 36 dördotaqlı mənzil vardır.
Kompleksin ərazisində 100 yerlik uşaq bağçası, bir inzibati bina inşa olunub.
Qeyd edək ki, postmüharibə dövründə artıq 3500, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.