Azərbaycanda 2022-ci il üzrə kişilərin və qadınların pensiya yaşı açıqlanıb. Bu barədə 3 yanvar tarixində Report məlumat verib.
Bu ilin iyunun 30-dək kişilərdə pensiya yaşı 65 il, qadınlarda isə 62 il 6 ay olacaq. Cari ilin iyulun 1-dən gələn ilin iyunun sonuna kimi kişilərdə pensiya 65 il, qadınlarda isə 63 il olacaq.
2026-ci ildə kişilər və qadınların pensiya yaşları bərabərləşərək 65 il təşkil edəcək.