Bakıda bacı və qardaş bank kartından pul oğurlayıblar. Bu barədə 5 may tarixində Report məlumat verib.
Məlumata əsasən, paytaxt sakini olan qadın bank kartından 3000 manat pulunun çıxarılaraq oğurlanması barədə Polis İdarəsinə müraciət edib. Polis əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini və qardaşı, Şəki rayon sakinləri müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.