Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Şəmsəddin Allahverdiyevin meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonunda dəfn olunub.
Bu barədə 13 sentyabr tarixində Report məlumat verib.
***
14:21
Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Şəmsəddin Allahverdiyevin meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonuna gətirilib. Bu barədə 13 sentyabr tarixində Report məlumat verib.
Hazırda şəhidlə vida mərasimi keçirilir. Şəhid rayonun Mahmudlu kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Allahverdiyev Şəmsəddin Əvəz oğlu 1971-ci il iyulun 1-də Füzuli rayonunun İşıqlı kəndində anadan olub. Ş.Allahverdiyev 1993-cü il mart ayının 27-də Füzuli rayonunun Cuvarlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.
2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb.
[gallery link="file" size="full" ids="129687,129688,129686"]