top
50 yaşlı qadını 17 yaşlı sevgilisi öldürdü – TÜKÜRPƏDƏN HADİSƏ
04 mart 2025, 04:31
- ↺ +

50 yaşlı qadını 17 yaşlı sevgilisi öldürdü – TÜKÜRPƏDƏN HADİSƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

Cenublu.az xəbər verir ki, hadisənin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən Ramal Qurbanlı 2007-ci ildə Biləsuvarda doğulub. Onunla pul müqabilində cinsi əlaqədə olan tanışı, 1975-ci il təvəllüdlü Rəna İmanovanı qəsdən öldürmək qərarına gəlib. Məqsədi isə qadının var-dövlətini ələ keçirmək olub.

Bu səbəbdən ötən ilin avqustun 26-da Rəna İmanovanın evinə gələrək onunla cinsi münasibətdə olmaq istədiyini deyib. Elə həmin an Rənaya arxadan hücum edərək kürək və qarın hissəsindən ümumilikdə 7 dəfə bıçaq zərbəsi vurub. Nəticədə Rəna İmanova qanitirmədən ölüb. Məqsədinə nail olduqdan sonra Ramal Qurbanlı qadına məxsus qızıl-zinyət əşyalarını, telefon və pulları (ümumilikdə 5688 manat) götürərək evdən qaçıb.

Ramal Qurbanlı Azərbaycan Respublikası CM-nin 120.2.11-ci və 181.3.3-cü (amansızca öldürmə və quldurluq) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Ramal Qurbanlı ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib:

“Rəna ilə hadisədən təxminən 1 il əvvəl tanış olmuşuq. Onunla il ərzində bir neçə dəfə görüşərək pul qarşılığında cinsi əlaqədə olmuşam, lakin sonradan aramızda problemlər yarandı. Qadın çox söyüş söyən və xoşagəlməz sözlər istifadə edən biri idi. Cinsi əlaqə zamanı evdə olan gizli kamera ilə mənim fotoşəkillərimi çəkib, atama göstərməsi ilə hədələyərək pul tələb edirdi. Artıq əsəbiləşib onu öldürmək qərarına gəldim. Cinsi münasibətdə olmaq adı ilə onun yanına getdim. Rəna evdə divanı düzəltmək üçün əyilərkən üzərimdə gətirdiyim bıçaqla ona dəfələrlə xəsarət yetirdim. O, məndən qaçıb qapıdan çıxmaq istəyəndə saçında tutub arxaya çəkərək yenidən bıçaqla vurdum. Bıçaq mənim də əlimi kəsdiyi üçün onu boğmağa başladım. 2 dəqiqə sonra Rənanın hərəkətsiz qalaraq öldüyünü gördüm.

Daha sonra əlimi yumaq üçün hamam otağına daxil olduqda Rənanın xırıldadığını eşidib geri qayıtdım. Boynundakı qızıl boyunbağıdan tutub sıxaraq yenidən boğdum. Səsinin kəsildiyini və bədəninin boşaldığını görüb öldüyündən əmin oldum. Pulların və zinət əşyaların hamısını götürüb evdən çıxdım”.

Sonda məhkəmənin qərarı ilə Ramil Qurbanlı 10 il müddətində azadlıqdan məhrum edilib. Onun yaşı az olduğu üçün cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.

Fidan İlqar

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
Dünən, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
Dünən, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
Dünən, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
Dünən, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
Dünən, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
Dünən, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
Dünən, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
Dünən, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
Dünən, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
Dünən, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Cəmiyyət
Dünən, 11:10

Ermənistan parlamentində kütləvi dava baş verib - VİDEO

Cəmiyyət
Dünən, 10:36

Məhkəmədə cəzaların toplanması qaydası dəqiqləşdi: Amnistiya alanlarla bağlı qərar

Cəmiyyət
Dünən, 09:49

Məktəbdəki insidentlə bağlı AÇIQLAMA

Cəmiyyət
Dünən, 09:11

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib - FOTO

Cəmiyyət
Dünən, 09:00

ABŞ-də vəfat edən qadının valideynləri OpenAI-ı məhkəməyə verib

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 33-cü günü: Qətiyyətli zəfərə gedən yol

İdman
28 oktyabr 2026, 16:43

Qadınların 95,3%-i, kişilərin 84%-i idmanla məşğul olmur: Azərbaycanda aparılan araşdırma nəyi göstərdi? - TƏHLİL

Cəmiyyət
28 oktyabr 2026, 15:00

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb

Cəmiyyət
28 oktyabr 2026, 14:54

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb

Cəmiyyət
28 oktyabr 2026, 14:35

Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib

Cəmiyyət
28 oktyabr 2026, 13:51

Məmurlar bu hallarda vəzifədən getməli olacaqlar

Cəmiyyət
28 oktyabr 2026, 13:46

Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir?

Cəmiyyət
28 oktyabr 2026, 12:46

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Oxşar xəbərlər