Məktəbəhazırlıq qruplarında təhsil alan 90 minə yaxın şagird artıq avtomatik olaraq I sinfin Azərbaycan bölməsinə qəbul olunub. Bu barədə mayın 5-də APA Təhsil Nazirliyinin nümayəndəsinə istinadən məlumat paylaşıb.
Bu qruplarda təhsil alan şagirdlərin I sinfin Azərbaycan bölməsinə qəbulu üçün əlavə heç bir prosedura ehtiyac yoxdur.
I siniflərə elektron qəbul mayın 4-dən başlayıb. Azərbaycan bölməsi üçün məktəb və sinif seçiminə isə mayın 6-dan start veriləcək.
Hər il təxminən 150 min şagird I siniflərdə tədrisə başlayır.