Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində qanunsuz ov edən 3 nəfər saxlanılıb. Bu barədə dekabrın 22-də DİN məlumat verib.
Məlumata əsasən, həmin şəxslərdən 3 ov tüfəngi, patronlar və ovladıqları çöl quşları aşkarlanıb.
Faktla bağlı araşdırma davam edir.
Daha öncə, dekabrın 15-də həmin ərazidə qanunsuz ov edən Laçın və Sabirabad rayon sakinləri saxlanılıb.