Ağdam Sənaye Parkında ilkin 5 layihə üzrə 1100-dən çox iş yerinin yaradılması nəzərdə tutulub. Bu barədə 1 dekabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter səhifəsində məlumat verib.
Layihələr üzrə sintetik xalça, xüsusi və fərdi geyimlər, polimer məhsulları, günəş enerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam örtükləri və prefabrik dəmir-beton məmulatlarının istehsalı nəzərdə tutulub.
Ağdam Sənaye Parkı 2021-ci ilin may ayında yaradılıb. Hal-hazırda parkın infrastrukturunun qurulması işləri aparılır. Parkın fəaliyyəti üçün Ağdam şəhərinin yaxınlığında 190 hektarlıq ərazi ayrılıb. Parkın infrastrukturunun yaradılması məqsədilə dövlət büdcəsindən 500 min manat ayrılıb.