Ağdamda və Cəbrayılda yaradılacaq sənaye parklarına böyük maraq göstərilir. Bu barədə 29 noyabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter səhifəsində məlumat verib.
Nazirin sözlərinə görə, parkların rezidenti olmaq üçün sahibkarlar tərəfindən Nazirliyə artıq 10-dək layihə təqdim edilib. Həmin layihələrin ilkin investisiya dəyəri 40 milyon manata yaxındır. Hazırda layihələrin dəyərləndirilməsi işləri aparılır.
Ağdam Sənaye Parkı 2021-ci ilin may ayında yaradılıb. Hal-hazırda parkın infrastrukturun qurulması işləri aparılır. Parkın fəaliyyəti üçün Ağdam şəhərinin yaxınlığında 190 hektarlıq ərazi ayrılıb.
Cəbrayıl rayonunun ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması barədə fərman isə cari ilin 4 oktyabr tarixində imzalanıb. Park Cəbrayıl rayonunun Soltanlı kəndi yaxınlığında 200 hektarlıq ərazidə fəaliyyət göstərəcək.
Hər iki parkın infrastrukturun yaradılması məqsədilə dövlət büdcəsindən ümumi 1 milyon manat ayrılıb.
Bu layihələrin ilkin #investisiya dəyəri 40 mln. manata yaxındır. Hazırda layihələrin dəyərləndirilməsi aparılır.
2/2#ArazVadisi #İqtisadiZona #İqtisadiyyat #EconomyAz
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 29, 2021