top
AAYDA məhkəməni uduzdu: Qəzalı yola görə sürücüyə cərimə ödəyəcək - FOTO
24 mart 2025, 00:39
- ↺ +

AAYDA məhkəməni uduzdu: Qəzalı yola görə sürücüyə cərimə ödəyəcək - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Təxminən bir il əvvəl Xaçmaza gedərkən avtomobilimin təkəri M1 magistralının 119-cu km-də, Şabran rayonu ərazisində çuxura düşərək partladı. Gecə vaxtı, soyuq, çiskinli hava və işıqlandırılmayan, bərbad yol. Sürəti 90 km/saat olan bir avtomobilin qabaq təkərinin partlaması çox təhlükəli vəziyyətdir".

İnsanoid.com xəbər verir ki, bu barədə radioaparıcı və avtomobil bloqeri Elgün Xıdırov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirilib ki, qəzadan sonra "102" qaynar xəttinə hadisə ilə bağlı məlumat verib:

"Maraqlıdır ki, növbətçi hissə və yol polisi də xəsarətin olmadığı və ikinci avtomobilin iştirak etmədiyi bir qəzanın qeydə alınması istəyimə təəccüblənsələr də, mən israrla qəza faktını qeydə aldırdım. Təkəri dəyişib yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə (YDM) getdim. Orda dedilər ki, məndən əvvəl 2 maşın da həmin yerə düşüb və təkərləri partlayıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) zəng vurub yolun vəziyyəti və təcili düzəlməli olduğunu dedim. Bu qurumun, xüsusən də magistral yollar idarəsinin məsuliyyətsizliyi üzündən hər gün çox sayda sürücüyə maddi ziyan dəyir. İnsanların həyatını itirdiyi bir çox qəzalarda isə biz ancaq bunu eşidirik - sürücü idarəetməni itirdi. Niyə, hansı səbəbdən itirdiyi isə hesab edirəm ki, lazımi səviyyədə araşdırılmır. Qəzalardan sonra bu yollar təhlükəsiz vəziyyətə gətirilmir. Misal olaraq deyim ki, illər əvvəl Hacı Zeynalabdin qəsəbəsindəki körpüdən aşmaqla 3 nəfərin həyatı bahasına başa gələn qəzadan sonra qırılan sədlər hələ də düzəldilməyib".

"Yol polisi mənim izahatımı aldıqdan və qəzanın sxemini tərtib etdikdən sonra rəhbərliyə raport hazırladı. Mən isə avtomobilimə dəymiş zərəri müəyyənləşdirmək üçün servisə getdim. Məlum oldu ki, təkərlə yanaşı stabilizator və təkər topunun diyircəkli yastığı sıradan çıxıb. Mənə dəymiş zərəri məktub yazaraq AAYDA-dan istəsəm də, uzun müddət heç bir reaksiya olmadı. Zəng vurduqda yenə eyni vəziyyət, vətəndaş müraciətlərinə laqeydlik və hətta kobud davranış, şikayətlərə isə reaksiya görmədim. Beləliklə, qərara aldım ki, bu məsuliyyətsizlik, laqeydlik və hörmətsizliyə qarşı durmaq artıq təkcə mənim yox, hər gün, hər ay, hər il minlərlə zərərgörən sürücünün mövqeyi olaraq prinsipial məsələdir. Sənədləri hazırlayıb Binəqədi Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmələrin gedişatında agentliyin cavabdeh nümayəndəsi ekspertiza tələb edərək servisin müyyənləşdirdiyi məbləği bir qədər azaltsa da, bu ümumi məzmuna ciddi təsir göstərmədi və daha çox prosesi uzatmaq təəssüratı yaratdı.

Birinci instansiya məhkəməsinin mənim xeyrimə qəbul etdiyi qərarla razılaşmayan AAYDA-nın hansı üzlə apellyasiya şikayəti verməsi mənə hələ də maraqlıdır. Nəticə olaraq agentliyin şikayəti təmin edilmədi və Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldı.

Əziz AAYDA! Məhkəmə çəkişmələrinə sərf etdiyiniz enerji və vaxtınızı işinizə ayırsaydınız, insanlar yollarda bu qədər zərərə məruz qalmazdılar. Təəssüf ki, mənə ödəyəcəyiniz 933 manat məbləği həm də üzrxahlığınız hesab edə bilməyəcəyəm", - deyə Elgün Xıdırov bildirib.

Son xəbərlər

İdman
Bu gün, 16:43

Qadınların 95,3%-i, kişilərin 84%-i idmanla məşğul olmur: Azərbaycanda aparılan araşdırma nəyi göstərdi? - TƏHLİL

Cəmiyyət
Bu gün, 15:00

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb

Cəmiyyət
Bu gün, 14:54

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb

Cəmiyyət
Bu gün, 14:35

Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib

Cəmiyyət
Bu gün, 13:51

Məmurlar bu hallarda vəzifədən getməli olacaqlar

Cəmiyyət
Bu gün, 13:46

Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir?

Cəmiyyət
Bu gün, 12:46

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Siyasət
Bu gün, 12:23

"Fənərbaxça"nın prezidenti qəza törətdi: Zədələnən avtomobil satışa çıxarıldı – VİDEO

Cəmiyyət
Bu gün, 11:22

Tək təkər üzərində basketbol və xokkey: Birtəkərli velosipedlərdə keçirilən unikal yarışlar - VİDEO

Cəmiyyət
Bu gün, 11:09

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb

Siyasət
Bu gün, 10:43

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Cəmiyyət
Bu gün, 10:38

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
Dünən, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Dünən, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Dünən, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Dünən, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Dünən, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Dünən, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Dünən, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Dünən, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Dünən, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Dünən, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

Oxşar xəbərlər