ABŞ-ın Marşal İrsi İnstitutu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə 40 xilasedici mina axtaran it hədiyyə edib. Bu barədə noyabrın 21-də ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, itlər 30 milyon kvadratmetrdən çox ərazini mina və partlayıcı sursatlardan təmizləyiblər.
Bundan əlavə, səfirlikdən verilmiş məlumatda qeyd edilib ki, növbəti 1,5 il ərzində ANAMA-ya minatəmizləmə işlərində kömək etmək üçün əlavə xilasedici mina axtaran 30 it hədiyyə ediləcək.