Abşeronda şadlıq evinin rəhbəri karantin qaydalarını pozduğu üçün inzibati qaydada həbs edilib. Bu barədə dekabrın 30-da Daxili İşlər Nazirliyi məlumat verib.
Aşağı Güzdək qəsəbəsində yerləşən “Alyans” şadlıq evində karantin qaydaları pozularaq 150 nəfərdən çox şəxsin iştirakı ilə toy məclisi keçirilib.
Tədbir nəticəsində şadlıq evinin rəhbəri məhkəmənin qərarı ilə 8 sutka inzibati qaydada həbs olunub.