Abşeron rayonunun Məhəmmədi-Mehdiabad yolunda "AzSamand”la “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə bir nəfər dünyasını dəyişib. Bu barədə dekabrın 27-də Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, 21 yaşlı taksi sürücüsünün idarə etdiyi “AzSamand” markalı avtomobil 40 yaşlı taksi sürücüsünün idarə etdiyi “Mercedes” markalı maşını ilə toqquşub. Hadisə nəticəsində “AzSamand” markalı avtomobilindən sıxılı vəziyyətdə sürücünün cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi açılıb.