ABŞ-ın Şimali Karolina ştatında 31 dekabr “Azərbaycanlıların Həmrəyliyi Günü” elan edilib. Bu barədə 24 dekabr tarixində Report məlumat verib.
Bununla bağlı ştatın qubernatoru Roy Kuper və bir sıra rəsmi şəxslər bəyannamə qəbul ediblər.
Qeyd edək ki, bəyannamələr Şimali Karolina ştatında fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul edilib.