ABŞ-də yazıçı-dramaturq Hüseyn Cavidin büstünün açılışı olub. Bu haqda mayın 4-də mədəniyyət naziri Anar Kərimov paylaşım edib.
Büst şairin 140 illik yubileyi münasibətilə hazırlanıb. Bildirilib ki, abidə ABŞ-Azərbaycan Ticarət Palatasına hədiyyə edilib.
Hüseyn Cavid Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, dramaturq, milli romantik şeirin və mənzum faciənin banisidir. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub etibarilə Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradıb.
Yazıçı qələmə aldığı “Ana” faciəsi, “Maral”, “Şeyda”, “Şeyx Sənan”, “Uçurum”, “Afət”, “Knyaz”, “Xəyyam” əsərləri ilə milli teatr mədəniyyətinin inkişafına təsir göstərib.
O, 1939-cu ildə Maqadana sürgün edilib, 5 dekabr 1941-ci ildə isə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat edib.