Abşeron rayonunda yerləşən ət kombinatlarından oğurluq edənlər saxlanılıb. Bu barədə aprelin 15-də APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Anbarlardan 80 tondan artıq ət məhsulunu oğurlayaraq şirkətə külli miqdarda ziyan vurublar. Oğurluqları törədən Məhəmməd Yaşarlı, Hacı Məmmədov, Nicat Ələsgərov, Seyran Sarıyev, Sərxan Süleymanzadə, Orxan İbrahimov və Cəlal Babayev saxlanılıblar.
M. Yaşarlının bir müddət əvvəl həmin müəssisədə anbardar işlədiyi və oğurluq etdiyi üçün oradan uzaqlaşdırıldığı məlum olub. O, işdən çıxarılandan sonra orada çalışan tanışları ilə ət kombinatından oğurluq ediblər.