Abşeronda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə 4 may tarixində Report məlumat verib.
Məlumata əsasən, 1998-ci il təvəllüdlü şəxs idarə etdiyi “Mercedes” markalı avtomobillə Sumqayıt istiqamətində hərəkətdə olan zaman yolu keçmək istəyən 1976-cı il təvəllüdlü piyadanı vurub. O, xəstəxanada vəfat edib.
Faktla bağlı “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsilə cinayət işi başlanılıb.