Abşeronda idarəyə məxsus tikilidən oğurluq hadisəsi olub. Bu haqda mayın 5-də Daxili İşlər Nazirliyindən Report-a məlumat verilib.
Belə ki, Kommunal İdarəsinə məxsus tikilidən 1 200 manat dəyərində otbiçən aparat, plastik boru yapışdıran aparat və elektrik naqili oğurlanıb. Həmin əməli törətməkdə şübhəli bilinən üç nəfər saxlanılb.
Faktla bağlı araşdırma aparılır.