Abşeron rayonunda kişi həyat yoldaşını bıçaqlayıb, özü isə intihar edib. Bu haqda mayın 4-də Lent.az məlumat yayıb.
İnsident Güzdək qəsəbəsində baş verib. Qadına xəsarətlər yetirən ər onun öldüyünü zənn edib və özünü asaraq həyatına son qoyub. Yaralı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ötən il ərzində 1 499 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub. Nəticədə 1 536 nəfər zərər çəkib. Onlardan 79%-ini qadınlar təşkil edib.
Məişət zorakılığına məruz qalanların hara müraciət edə biləcəkləri haqqında link vasitəsilə tanış olmaq olar.