Abşeron rayonunda qanunsuz tikili sökülüb. Bu barədə 14 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Rayonun Masazır qəsəbəsi və Məmmədli kəndi ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkarlanıb.
Həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.