Abşeronda yüksək sürət və təhlükəli manevr qəzaya səbəb olub. Bu barədə aprelin 20-də Oxu.az məlumat yayıb.
Yüksək sürətlə hərəkət edən “BMW” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Nəticədə iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəyib.