Muay-Tay üzrə keçmiş funksioner Araz Musayevin ona qarşı irəli sürdüyü ağır ittihamlara Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev sərt reaksiya verib.
Musavat.com xəbər verir ki, Musayevin iddialarına görə, guya o, Adil Əliyevin tapşırığı ilə bıçaqlanıb:
“Məni Adil Əliyevin göstərişi ilə bıçaqlayıblar. Aramızdakı məsələ yalnız işlə bağlı idi. O, Muay-Tay Federasiyasına rəhbərlik etmək istəyirdi. Başqa heç bir problemimiz olmayıb.”
Adil Əliyev isə bu iddiaları qəti şəkildə rədd edib:
“Hadisə ilə heç bir bağlılığım yoxdur. Bu barədə ilk məlumatı mətbuatdan almışam. Araz Musayevin çarpayıda uzanaraq cəmiyyətə və ölkənin ali orqanlarına təsir etməyə çalışması, ictimai rəyi manipulyasiya etməsi yolverilməzdir.”
Əliyev qeyd edib ki, hadisəni törədən və məkan bəllidir, onun bu işlə heç bir əlaqəsi yoxdur:
“Mən Bakıda işimlə məşğulam. İndiyə qədər adım heç bir belə olayda hallanmayıb və hallana da bilməz. Mənim məqsədim daim dövlətə və xalqa xidmət olub.”
Sonda o, Araz Musayevin davranışını “iyrənc yalan” adlandıraraq əlavə edib:
“Məni tanıyan heç kim bu yalana inanmaz.”
@insanoidcom (https://t.me/+f1FlaX-zzHExOGMy)