Ağdamda polis əməkdaşları tərəfindən reyd keçirilib. Nəticədə 50 nəfər cərimələnib. Bu barədə 20 aprel tarixində Report məlumat verib.
Məlumata əsasən, piyada səkilərində və digər müəyyən edilməyən ərazilərdə avtomobilləri park edən sürücülər aşkarlanıb.
Bildirilib ki, qayda pozan sürücülərlə profilaktiki söhbətlər aparılıb.