Ağsu, Oğuz və Salyan rayonlarına yeni prokurorlar təyin olunub. APA-nın xəbərinə görə, bununla bağlı aprelin 20-də Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.
Sumqayıt şəhər prokurorunun müavini Elnur Cəfərov tutduğu vəzifədən azad edilərək Ağsu rayon Prokuroru vəzifəsinə təyin olunub.
Ağsu rayon prokuroru Rəşad Mansurov tutduğu vəzifədən azad olunaraq Salyan rayon prokuroru təyin edilib.
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin müstəntiqi Emil Kərimov Oğuz rayon prokuroru təyin olunub.