Əhməd Cavadın 130 illiyi qeyd ediləcək. Bu haqda aprelin 20-də Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda yazılır:
- Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli şair Əhməd Cavadın 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Qeyd edək ki, Azərbaycan şairi Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə) 1892-ci il mayın 5-də Şəmkirdə anadan olmuşdur.