Bakı-Qazax magistralında yol qəzası baş verib. Bu barədə aprelin 20-də APA məlumat yayıb.
Hadisə magistralın Ələt qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. “Volkswagen” markalı mikroavtobus “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə bir nəfər ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.