Dekabrın 20-dən 25-dək işğaldan azad edilmiş ərazilərdə 27 mina aşkarlanaraq zərərsizləşdirilib. Bu barədə dekabrın 27-də Azərbaycan Minatəmizləmə Agentliyi məlumat verib.
Məlumata əsasən, Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda piyada əleyhinə 2, tank əleyhinə 25 mina və 112 partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 97 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Daha öncə, dekabrın 13-dən 18-dək 108,5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.