İşğaldan azad edilmiş rayonlarda meşələr bərpa olunacaq. Bu barədə “2022-2026-cı illər üzrə Meşə Fondunun Bərpası Proqramı” hazırlanıb.
Proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində 30 min hektara yaxın meşənin bərpası nəzərdə tutulur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı azad edilmiş ərazilərdə 200 hektar meşə sahəsinin bərpasına yardım edəcək.
Bu ilin əvvəlindən Zəngilan, Qubadlı, Füzuli, Ağdam, Cəbrayıl, Şuşa, Kəlbəcər, Laçın, Xocavənd rayonlarının ərazilərində ümumilikdə 20 minə qədər ağac tingi əkilib, eləcə də 2 tona yaxın palıd və şərq çinarı toxumları səpilib.