top
AlfaSığorta AZAL-ın qəzaya uğramış təyyarəsində həlak olanların və yaralananların ailələrinə sığorta ödənişi həyata keçirir
04 mart 2025, 05:57
- ↺ +

"AlfaSığorta" AZAL-ın qəzaya uğramış təyyarəsində həlak olanların və yaralananların ailələrinə sığorta ödənişi həyata keçirir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın "AlfaSığorta" şirkəti "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) “Embraer 190” markalı sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində ölən və yaralananlar üçün daşıyıcının məsuliyyət sığortası üzrə sərnişinlərə dəymiş zərəri, həmçinin sığorta ödənişlərini hesablayır.

"İnterfaks" xəbər verir ki, bu barədə "AlfaSığorta"nın baş direktorunun aviasiya və kosmik sığorta üzrə müavini İlya Kabaçnik məlumat verib.

"Bakı-Qroznı reysi ilə bağlı AZAL sərnişin daşımaları həm Azərbaycanın, həm də Rusiyanın tərəfdaş çıxdığı 1999-cu il beynəlxalq Monreal Konvensiyası ilə tənzimlənir. "AlfaSığorta" ilə AZAL arasında bağlanmış müqavilə Rusiyaya həyata keçirilən uçuşlarla bağlı riskləri əhatə etdiyi üçün ödənişlər həmçinin Rusiyanın 67-FZ saylı mülki məsuliyyətin icbari sığortası haqqında qanuna uyğun olaraq nəzərdə tutulur”, - məlumatda bildirilib.

Onun sözlərinə görə, bu qanunla həyat və sağlamlığa dəyən zərərə görə ödənişlərin həddi 2 milyon rubl (hazırkı məzənnə ilə 22,4 min dollar) müəyyən edilib. Təqdim edilmiş sənədlər paketi əsasında ödənişlərin özləri də tez həyata keçirilə bilər.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
Dünən, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
Dünən, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
Dünən, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
Dünən, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
Dünən, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
Dünən, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
Dünən, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
Dünən, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
Dünən, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
Dünən, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Cəmiyyət
Dünən, 11:10

Ermənistan parlamentində kütləvi dava baş verib - VİDEO

Cəmiyyət
Dünən, 10:36

Məhkəmədə cəzaların toplanması qaydası dəqiqləşdi: Amnistiya alanlarla bağlı qərar

Cəmiyyət
Dünən, 09:49

Məktəbdəki insidentlə bağlı AÇIQLAMA

Cəmiyyət
Dünən, 09:11

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib - FOTO

Cəmiyyət
Dünən, 09:00

ABŞ-də vəfat edən qadının valideynləri OpenAI-ı məhkəməyə verib

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 33-cü günü: Qətiyyətli zəfərə gedən yol

İdman
28 oktyabr 2026, 16:43

Qadınların 95,3%-i, kişilərin 84%-i idmanla məşğul olmur: Azərbaycanda aparılan araşdırma nəyi göstərdi? - TƏHLİL

Cəmiyyət
28 oktyabr 2026, 15:00

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb

Cəmiyyət
28 oktyabr 2026, 14:54

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb

Cəmiyyət
28 oktyabr 2026, 14:35

Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib

Cəmiyyət
28 oktyabr 2026, 13:51

Məmurlar bu hallarda vəzifədən getməli olacaqlar

Cəmiyyət
28 oktyabr 2026, 13:46

Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir?

Cəmiyyət
28 oktyabr 2026, 12:46

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Oxşar xəbərlər