Ötən müddətdə amnistiyaya düşən məhkumlardan artıq 2600-dən çoxu penitensiar müəssisələrdən azadlığa buraxılıb. Bu sözlər dekabrın 30-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında bildirilib.
“950-dək şəxsin cəza müddəti azaldılıb, probasiya xidməti üzrə isə 4600-dən çox şəxs müxtəlif cəzalardan azad edilib”, - iclasda vurğulanıb.
Hal-hazırda amnistiya qərarının icrası davam edir.
Qeyd edək ki, Milli Məclis amnistiya elan edilməsi haqqında qanun lahiyəsini noyabrın 5-də təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib. Amnistiya aktının icra müddəti 4 ay göstərilməsinə baxmayaraq daha qısa müddətdə yekunlaşması nəzərdə tutulub.