Aprel ayında işğaldan azad edilmiş ərazilərdə 823 ədəd mina aşkarlanıb. Bu barədə mayın 4-də Azərbaycanın Minatəmizləmə Agentliyi məlumat yayıb.
Belə ki, aprelin 1-dən 30-a qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı,Cəbrayıl və Zəngilanda 341 piyada əleyhinə, 482 tank əleyhinə mina və 673 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
Nəticədə 1 701,5 hektar ərazi təmizlənib.
[gallery columns="1" size="full" link="file" ids="46120"]