Ötən həftə ərzində, noyabrın 29-dan dekabrın 4-dək işğaldan azad olunan ərazilərin 70 hektarı mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu barədə ANAMA məlumat verib.
Məlumata əsasən, Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında piyada əleyhinə 3, tank əleyhinə 27 mina və 19 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Daha öncə, noyabrın 22-dən dekabrın 2-dək Tərtər-Goranboy rayonları istiqamətində yeni yolların çəkilməsi zamanı 638 mina aşkar edilərək zərərsizləşdirilmişdir.