Bu gün Ankarada Türk Tarix Muzeyi və Parkında Əhməd Cavadın heykəlinin açılışı olub. Bu haqda mayın 5-də Azərtac məlumat yayıb.
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət Himnləri səsləndirilib.
“TRT AVAZ” telekanalında isə Əhməd Cavadın həyat və fəaliyyətinə həsr olunan sənədli film nümayiş olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 20-də Əhməd Cavadın anadan olmasının 130 illiyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.