Cari ilin aprel ayında Azərbaycandan Rusiyanın Moskva regionuna 4,6 min ton pomidor tədarük edilib. Bu barədə 4 may tarixində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.
Məlumata əsasən, məhsullar 250-dən çox nəqliyyat vasitəsilə daşınıb və onların karantin fitosanitar nəzarəti həyata keçirilib. Karantin fitosanitar nəzarəti proseduru başa çatdıqdan sonra məhsullar sərbəst satışa buraxılıb.
Qeyd edilib ki, Azərbaycan Rusiyaya pomidor ixrac edən ən böyük tədarükçülərdən biridir.