Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bərdə regional bölməsinin keçmiş rəisi Rauf Həsənova Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Bu barədə mayın 4-də Report məlumat verib.
O, 3 il müddətinə azadlıqdan məhrum edilib.
R.Həsənov Bərdənin Kələntərli qəsəbəsində yerləşən pendir istehsalı sexinin fəaliyyətini bərpa etdirmək üçün 1 200 manat məbləğində rüşvət alıb. O, həmçinin sexin fəaliyyətinin bərpasında köməklik göstərəcəyini vəd verərək vətəndaşı aldadıb və onun 1 000 manat pulunu ələ keçirib.
Keçmiş rəis “dələduzluq” və “vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma” maddələrilə ittiham olunub.