"Bu ildən etibarən bütün məktəblərdə və uşaq bağçalarında qida təhlükəsizliyinin tətbiqinə başlanılacaq". Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.
Bu barədə 14 sentyabr tarixində Report məlumat verib.
“Keyfiyyətə nəzarət menecerlərinə xüsusi təlimlər keçiriləcək. Məhsulların daşınması, saxlanılması, satışı təlimlərinə xüsusi nəzarət prinsipləri tətbiq edilir. Düşünürəm ki, bu, gələcəkdə təhsil müəssisələrində qidalanma ilə bağlı meydana çıxan neqativ halların qarşısını alacaq”, - deyə sədr bildirib.