2 saylı İstintaq təcridxanasında Gəncə sakini məhkum olunmuş oğluna narkotik keçirərkən tutulub. Fakt dekabrın 6-da penitensiar xidmətin əməliyyat-axtarış tədbirləri nəticəsində qeydə alınıb.
Yoxlama zamanı onun ayaqqabısının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə iki qrama yaxın heroin aşkar edilib.
Qeyd edək ki, məhkum Cinayət Məcəlləsinin “Oğurluğun təkrar törədilməsi” maddəsi ilə təqsirli bilinərək 4 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmişdir.