Avqustun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 24-28° isti, gündüz 37-39°, bəzi yerlərdə 40-41° isti, Bakıda gecə 26-28° isti, gündüz 38-40° isti olacaq.
Dəniz suyunun temperaturu 27-29° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40°, bəzi aran rayonlarında 41-43° isti, dağlarda gecə 16-21° isti, gündüz 27-32° isti olacaq.
Qızmar hava şəraiti ilə bağlı, həkimlər günorta saatlarında günəş altında mümkün qədər az qalmağı məsləhət görür. Xüsusilə, hipertoniya və ürək-damar xəstəlikləri olanlar özlərini günəşdən daha çox qorumalıdırlar.