Bakıda marşrut avtobuslarında gənc qızları bıçaqla hədələyən və seksual xarakterli hərəkətlər edən şəxs saxlanılıb. Bu haqda mayın 4-də Qafqazinfo məlumat yayıb.
Saxlanılan şəxs taksi sürücüsüdür. O, avtomobilini yol kənarında saxladıqdan sonra hər dəfə avtobusa daxil olaraq bu əməlləri törədib.
Qızlardan biri hətta onun fotosunu mobil telefon vasitəsilə çəkərək saxlayıb və daha sonra polisə təqdim edib.
Faktla bağlı araşdırma aparılır.