Çətin relyefli dağlıq ərazidə avtoqəzada həlak olan hərbçi Həsənov Elgün Elşad oğlu Bakıda dəfn olunub.
Bu barədə 14 sentyabr tarixində Report xəbər verib.
O, Binə Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Mərasimdə şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.