Avtoxuliqanlıq etmələri ilə bağlı videogörüntüləri sosial şəbəkələrdə yerləşdirən 2 nəfər həbs edilib. Bu barədə dekabrın 27-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Bakıda yol hərəkəti iştirakçılarının həyatına təhlükə yaradan, sükan arxasında sərxoş vəziyyətdə avtomobil idarə edən və həmin videogörüntüləri sosial şəbəkələrdə yerləşdirən 2 sürücünün kimliyi müəyyən edilib.
Kamran Nəbiyevin tibbi müayinədən keçirilərkən narkotik vasitə istifadə etməsi aşkar edilib. O, 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 1 ay 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Digər sürücü Rəşad Abasov isə 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 15 gün inzibati qaydada həbs edilib.