Azərbaycanda körpələr arasında cins nisbətində rəqəmlər təhlükəli xarakter almağa başlayıb. Bu barədə 27 dekabr tarixində Report Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya istinadən məlumat verib.
Sədr parlamentin bu gün keçirilən iclasında bildirib ki, Azərbaycan cins nisbətinə görə dünyada ikinci yerdədir: “Doğulan uşaqlar arasında cins nisbəti 100 qız, 114 oğlan olmaqla bioloji norma pozulmaqdadır”.