Rusiya dekabrın 6-dan Azərbaycanın daha 12 müəssisəsinə pomidor və alma idxalına icazə verib. Bu haqda 4 dekabr tarixində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə istinadən Report məlumat verib.
Bu müəssisələrdən 7-si pomidor, 5-i isə alma istehsal edən müəssisələrdir.