Qeyri-neft ixracı müstəqilliyimizin bərpasından indiyədək olan dövrdə ən yüksək həddinə çatıb. Hazırda qeyri-neft məhsullarının ixracı ümumi ixracın 42%-ni təşkil edir. Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilən “Azərbaycan – Cənubi Koreya Ticarət Forumu”da bildirib.
Tədbirdə nazir müavini işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumat verib və koreyalı investorları fəal əməkdaşlığa dəvət edib.
Həmçinin Forumda AZPROMO-nun rəhbəri Yusif Abdullayev “Made in Azerbaijan” brendinin dünyada tanıdılması və ölkəmizin ixrac potensiallı məhsulları barədə təqdimatla çıxış edib.
Bundan əlavə, tədbir çərçivəsində Azərbaycan məhsullarının sərgisi keçirilib.
[URIS id=14144]