Bu ilin yanvar-mart aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 20,6 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% çox sənaye məhsulu istehsal edib. Bu barədə 13 aprel tarixində Dövlət Statistika Komitəsi məlumat verib.
Hesabata əsasən, sözügedən dövr ərzində neft-qaz sektorunda məhsul istehsalı 1,1%, qeyri-neft-qaz sektorunda isə 18,1% artıb.
Eyni zamanda, tikinti materiallarının istehsalı 84%, mebel istehsalı 70%, əczaçılıq məhsullarının istehsalı 67%, geyim istehsalı isə 50% artıb.