Azərbaycan Ordusunun hərbi qulluqçusu qeyri-döyüş şəraitində vəfat edib. Bu barədə dekabrın 22-də Müdafiə Nazirliyindən məlumat verilib.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbçisi əsgər Səfərov Daşqın kəskin ürək və ağciyər çatışmazlığından Şəmkirdə yerləşən xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bundan əvvəl, dekabrın 21-də Azərbaycan Ordusunun hərbçisi ehtiyatsızlıqdan həlak olub. Əsgər Nəsirov Müşfiq elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.