Azərbaycan qadın güləşçisi Mariya Stadnik 60 xalla dünya reytinqində 3-cü olub. Nəticədə idmançı Dünya Güləş Birliyindən (UWW) 3 000 ABŞ dolları pul mükafatına layiq görülüb. Bu barədə UWW-nin rəsmi saytında dekabrın 4-ü məlumat verilib.
50 kiloqram çəki dərəcəsində birinci yeri ABŞ təmsilçisi Sara Hilderbrandt (82 xal), ikinci yeri isə yaponiyalı Yui Susaki (68 xal) tutub.
Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, 2 qat dünya və 8 qat Avropa çempionudur.
Daha öncə Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov 10 000 dollar, sərbəst güləşçisi Osman Nurməhəmmədov isə 3 000 dollar mükafat əldə etmişdir.