Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 26-da Soçi şəhərində görüşəcək. Bu barədə noyabrın 23-də Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, görüş çərçivəsində regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın qaydaya salınması ilə bağlı atılacaq addımlar müəyyənləşdiriləcək. Həmçinin Rusiya başçısının İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda danışıqları nəzərdə tutulub.
Daha əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşünə ev sahibliyi etməyi təklif etmişdir.