Avqustun 7-də Beynəlxalq Sambo Federasiyası Azərbaycan milli komandasının iki məşqçisini və bir idmançısını cəzalandırıb.
Sambo komandasının üzvü Emil Həsənov bir il müddətinə yarışdan kənarlaşdırılıb. Milli komandanın baş məşqçisi Bəxtiyar Hacıyev və gənclərdən ibarət yığmanın baş məşqçisi Yaqub Abdullayev 4 il müddətinə cəzalandırılıblar.
Cari ilin may ayının sonunda Kiprin Limasol şəhərində keçirilən Avropa Çempionatının finalında bütün yığma komanda hakimlərin qərarına sərt etiraz etdikləri üçün diskvalifikasiya olunub.
71 kiloqram çəki dərəcəsində çıxış edən Emil Həsənovun rusiyalı samboçu Məhəmməd Hacıyevlə görüşünün nəticəsində hakimlər qələbəni rusiyalı idmançıya veriblər. Onlar bu qərarı rusiyalı idmançının ağrılı fənd tətbiq ətməsi ilə əsaslandırıblar.