Azərbaycan, Türkmənistan və İran arasında imzalan üçtərəfli təbii qaz ticarəti üzrə saziş bu gün qüvvəyə minir. Bu barədə 25 dekabr tarixində Report xəbər verib.
Sözügedən razılaşmaya əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana 1,2-2 milyard kubmetr təbii qaz nəql ediləcək. Qeyd edək ki, Türkmənistan qazı Şimali Türkmənistan-İran sərhədində İran qazının ekvivalenti ilə dəyişdirilib Azərbaycana ötürüləcək. Müqavilənin bitmə tarixi yoxdur. Bununla da İran şimal əyalətlərini qazla təmin edəcək.